Yuxarı
    Bağlamaq

    "Bakı 2017" Könüllülük Proqramına qeydiyyat başa çatıb

    12 500 könüllünün müraciəti qeydə alınıb

    Bakı. 16 dekabr. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən "Bakı 2017" Könüllülük Proqramına qeydiyyat başa çatıb. 

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki aydan çox müddətdə 12 500 namizəd İslam Həmrəliyi Oyunlarında könüllü olaraq fəaliyyət göstərmək üçün bu proqrama müraciət edib.

    Könüllü olmaq üçün yeganə tələb namizədlərin yaşının gələn il mayın 1-də 16 olması idi. Könüllü olmaq istəyən gənclərlə müsahibələr zamanı onlara əsasən verilən suallar keçmiş könüllülük təcrübələri, maraq dairələri, dil bilikləri, gələcəklə bağlı planları, Oyunlardan gözləntiləri, komandada işləmək bacarığı və digər istiqamətlərdə olub.

    Müsabiqədən keçən könüllülər üçün təlimlər fevral ayından etibarən başlayacaq və aprelin sonu – mayın əvvəlinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahələrdə olacaq: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq. Hazırki plana əsasən Rol təlimi və Məkan təlimi bir yerdə həyata keçiriləcək. Hər təlim üçün təxminən 1-2 saat vaxt sərf olunacaq.

    Qeyd edək ki, hazırda qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzinə dəvət olunaraq müsahibələrdə iştirak edirlər. Müsahibə mərhələsinin sonunda, yalnız 8000 könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi