Yuxarı

"Bakı 2015"in qalibi: "Avropa Oyunlarının medalı olimpiadanınkından ağır idi"

Nikola Adams uzunmüddətli zədədən sonra Azərbaycan paytaxtında qadın boksçular arasında ilk qızıl medalçı olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın boks üzrə qadınlar arasında olimpiya və Avropa çempionu Nikola Adams qızıl medal qazandığı "Bakı 2015" I Avropa Oyunları haqda danışıb. "Report"un məlumatına görə, qadın boksçu Oyunlardan razı qaldığını deyib.

32 yaşlı döyüşçü bildirib ki, "Bakı 2015" onun üçün tam heyrətamiz təcrübə olub. Oyunların qadınlar arasında boks üzrə ilk qızıl medalçısı qazandığı mükafatdan da danışıb: "Avropa Oyunlarının medalları böyük idi, hətta 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığım  qızıl medaldan da ağır idi".

N.Adams Avropa Oyunlarındakı çıxışından razı qaldığını da vurğulayıb: "Çiynimdəki zədə üzündən 8-9 aydır məşq etmirdim. İspaniyadakı kiçik turnirdən sonra Bakıya yollanmışdım. Bununla belə, Avropa Oyunlarına dünyanın ən güclüsü statusunda qatılmışdım. Rəqiblərimiz isə ötən müddətdə müntəzəm yarışlara qatılırdılar. Bu isə şübhəsiz ki, məni gələcəkdə daha yaxşı çıxış etməyə sövq edirdi".

Qeyd edək ki, Nikola Adams "Bakı 2015" I Avropa Oyunlarında boks yarışında 51 kq çəkidə qızıl medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi