Yuxarı
    Bağlamaq

    “Azərreyl” Çempionlar Liqasında Türkiyə komandasına məğlub olub

    Hazırda Bakı klubu 9 xalla qrup ikincisidir

    Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxıb.

    "Report"un məlumatına görə, Bakıdakı Voleybol Mərkəzində keçirilən görüş rəqib Türkiyənin "Fənərbağça" komandası olub. 

    "Azərreyl" rusiyalı Aleksandr Pavlov və yunanıstanlı Epaminondos Gerotodorosdan ibarət hakimlər briqadasının idarə etdiyi matçda qrupun lideri olan rəqibinə bir set belə qazana bilmədən uduzub. 

    Bununla da "Fənərbağça" 15 xalla qrupdan birinci yerlə çıxıb. 9 xalla ikinci pillədə olan "Azərreyl" də bu hüquqa vaxtından əvvəl yiyələnmək üçün Türkiyə təmsilşisindən 2 set almalı idi. hazırda Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur. Təmsilçimizi son turda Polşada "Dabrova Qornitsa" ilə matçı gözləməlidir. 

    23 fevral

    Çempionlar Liqası, V tur

    18:00. "Azərreyl (Azərbaycan) - "Fənərbağça" (Türkiyə) - 0:3 (19:25, 16:25, 22:25)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi