Yuxarı

​Azərbaycanlı tələbə ABŞ-da bürünc medal qazanıb

Ələsgər Məmmədov hündürlüyə tullanma yarışlarında 2.05 m nəticə göstərib

Bakı. 12 may. REPORT.AZ/ ABŞ-ın Texas universitetində atletika üzrə Tələbələrin Liqa yarışları keçirilib. "Report"un məlumatına görə, ənənəvi yarışda Birləşmiş Ştatların əksər universitetlərinin tələbələri mübarizə aparıb.

Onların arasında ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da olub. O, hündürlüyə tullanma yarışlarında 2.05 m nəticə ilə üçüncü yeri tutub. Yarışın qalibi adını 2.16 m hündürlüyə tullanan yerli atlet Çarles Austin qazanıb.

Yekun nəticələrə əsasən, Miçiqan Universitetində təhsil alan Ə.Məmmədov yarışın bürünc medalına layiq görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi