Azərbaycanlı sprinter dünya çempionatını 6-cı yerdə başa vurub

Azərbaycanlı sprinter dünya çempionatını 6-cı yerdə başa vurub Dünya çempionu onuncu dəfə bu rekora imza atan Useyn Bolt olub
Fərdi
27 Avqust , 2015 18:51
Azərbaycanlı sprinter dünya çempionatını 6-cı yerdə başa vurub

Bakı. 27 avqust. REPORT.AZ/ Çinin paytaxtı Pekində keçirilən atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçış növündə qalib müəyyənləşib. "Report"un məlumatına görə, finalda yamaykalı Useyn Bolt finişə 19,55 saniyəyə çataraq qızıl medal qazanıb.

Bu, Boltun karyerasında onuncu dəfə dünya çempionluğu olub. ABŞ təmsilçisi Castin Qetlin 19,74 saniyə nəticə ilə gümüş, CAR-dan olan Anaso Cobodvana isə 19,87 saniyə göstərici ilə bürünc medala yiyələnib.

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı sprinter Ramil Quliyev də finalçılar arasında olub. O, finişə 20,11 saniyəyə çataraq 6-cı olub. Quliyev qətərli Femi Oqunode (20,27) və yamaykalı Nikel Eşmidi (20,33 üstələməyi bacarıb. 25 yaşlı atlet ilk "üçlük"dəkilərdən əlavə, panamalı Anaso Edvard (19,87) və böyük britaniyalı Jarnel Hyuzdan (20,02) geri qalıb.

Qeyd edək ki, bu, Ramil Quliyevin dünya çempionatları tarixində ikinci final qaçışı olub. O, Azərbaycan millisində çıxış etdiyi vaxt 2009-cu ildə Almaniyanın paytaxtı Berlində keçirilmiş mötəbər yarışın həlledici mərhələsində 7-ci yeri tutub. 

Son xəbərlər

Orphus sistemi