Yuxarı
    Bağlamaq

    Azərbaycanlı şahmatçı Dünya Kubokunu qazanıb

    Yarış 24 idmançının mübarizə apardığı 4 turdan ibarət olub

    Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın əvvəllərində Rusiyanın paytaxtı Moskva şəhərində şahmat məsələ və etüdlərinin həlli üzrə VII Dünya Kuboku keçirilib. 

    "Report"un Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Dünya Kubokunda ölkəni Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Zaur Məmmədov, Nərmin Məmmədova (hər ikisi Bakı), Misrətdin İskəndərov (Sumqayıt) və şahmat bəstəçiliyi üzrə yığma komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil ediblər.

    24 nəfərin qələbə uğrunda mübarizə apardığı yarış 4 turdan ibarət olub və hər turda həll üçün altı tapşırıq təqdim edilib. Bakı şahmatçısı Zaur Məmmədov bir çox tanınmış şahmat həlçilərini geridə qoyaraq, ölkə tarixində ilk dəfə Dünya Kubokunun sahibi adına layiq görülüb. O, 120 mümkün xaldan 93,5 xalla Rusiya təmsilçiləri - Yevgeni Fomiçevi (91,25) və Aleksandr Leontyevi (89,25) qabaqlayaraq ölkəyə yüksək mükafat qazandırıb.

    Misrətdin İskəndərov 80,25 xalla 6-cı, Araz Alməmmədov isə 74,75 xalla 7-ci yeri tutaraq mükafatçılar sırasına daxil olublar. Komandanın digər üzvləri Ramil Cavadov 58,75 xalla 17-ci, Nərmin Məmmədova 52,5 xalla 20-ci yeri tutublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi