Azərbaycanlı olimpiya çempionunun Qazaxıstanda pulu verilmir

Azərbaycanlı olimpiya çempionunun Qazaxıstanda pulu verilmir Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan Ağırlıqqaldırma Federasiyasına müraciət edib.
Fərdi
370
9 İyun , 2020 18:01
Azərbaycanlı olimpiya çempionunun Qazaxıstanda pulu verilmir

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan Ağırlıqqaldırma Federasiyasına müraciət edib. 

"Report"un məlumatına görə, hazırda Qazaxıstanı təmsil edən 27 yaşlı idmançı ilə yanaşı, yığmanın digər üzvləri - Rüstəm Sıbay, Karina Qoriçeva, İbrahim Bersanov, Aydar Kazov və Denis Ulanov da müraciət ünvanlayıblar. Onlar federasiyanı sərt şəkildə tənqid ediblər.

Azərbaycanlı ağırlıqqaldıran "Instagram" səhifəsində bunları yazıb: "Sponsor yoxdur - pul yoxdur. Federasiyanın bizə dediyi budur. Hər dəfə qanımızla medal qazanırıqsa, dövlətimiz barədə düşünürük. Biz qürurla Qazaxıstanın bayrağı olan kürsüdə dayanırıq. İdmanda buna nail olmaq üçün hansı fiziki və zehni ağrılardan keçdiyimizi heç kim bilmir. Sağlamlığımızı medal qazandığımız körpücükdə buraxırıq. Gözəl gələcəyimizin olmadığını bilirik. Hamımız gec-tez idmandan ayrılacağıq. Nə ediriksə, indi edirik. Sabah bizi unudub siyahıdan kənarlaşdıracaqlar. Hörmətli Ağırlıqqaldırma Federasiyası, sizin verdiyiniz bütün tapşırıqları yerinə yetiririk. Sizdən qarşılıq istəyirik". 

Qeyd edək ki, Nicat Rəhimov 77 kq çəkidə 2015-ci ildə dünya çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir. O, 2014-cü ildən Qazaxıstanı təmsil edir.   

Son xəbərlər

Orphus sistemi