Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
  • 05 sentyabr, 2022
  • 16:15
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Fəridə Əliyevanın Bakıda keçirilmiş Premyer Liqa yarışında iştirak etməməsinin səbəbi bilinib.

"Report"un xəbərinə görə, 68 kq-dan yuxarı çəkidə çıxış etməli olan idmançının çəkisi qaydasında olmayıb.

İdmançı yarışdan əvvəl xəstələndiyindən, çəkisi 68 kq-dan aşağı olub. WKF (Ümumdünya Karate Federasiyası) isə onun yarışda iştirak etməsinə icazə verməyib.

Qeyd edək ki, bu çəkidə Ayaka Saito (Yaponiya) Anastasiya Stepaşkoya (Ukrayna) 4:1 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə Premyer Liqa titulunu qazanıb.

Xatırladaq ki, ilk dəfə Bakıda keçirilmiş Premyer Liqa yarışında Azərbaycan tarixi nailiyyətə imza atıb. 3 qızıl və 3 bürünc medal qazanan Azərbaycan medal sıralamasında yalnız karatenin yaradıcısı Yaponiyadan geri qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti