Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanı Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında təmsil edən kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə yarımfinal keçidində çıxış edib.
"Report"un məlumatına görə, 32 yaşlı idmançının çıxışı o qədər də ürəkaçan olmayıb.
O, müəyyən məsafəni 93 saniyəyə və 52 cərimə xalı ilə keçib. Nəticədə Y.Meqliç 145 xalla 15 iştirakçı arasında ilk "10-luq"dan kənarda qalıb və finala yüksələ bilməyib.