Bakı. 16 may. REPORT.AZ/ Mayın 16-da Moskvada Rusiya Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının final görüşləri keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan idmançılarından döşək üzərinə ilk olaraq MOİK-in üzvü Sona Tumarxanova çıxıb.
50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Monqolustan güləşçisi N.Azjarqala 12:1 hesabı ilə qalib gələrək çempionatda üçüncü yeri tutub. İdmançımız bununla da çempionatda milli komandamızın aktivinə ilk medalı yazdırıb.

