Azərbaycan güləşçilərindən Ordumuza dəstək

Azərbaycan güləşçilərindən Ordumuza dəstək Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının üzvləri Ordumuza dəstək nümayiş etdiriblər.
Fərdi
1787
3 Oktyabr , 2020 13:48
Azərbaycan güləşçilərindən Ordumuza dəstək

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının üzvləri Ordumuza dəstək nümayiş etdiriblər.

"Report"un məlumatına görə, bununla bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi "Facebook" səhifəsində video paylaşılıb.

Videoda beynəlxalq yarışlarda erməni idmançılarına qalib gəlmiş güləşçilər - İslam Abbasov, Eldəniz Əzizli, Toğrul Əsgərov, Ağahüseyn Mustafayev, Hacı Əliyev, Cəbrayıl Həsənov və Rafiq Hüseynovun fikirlərinə də yer verilib.

İdmançılar cəbhəyə yollanıb düşmənə qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi