Azərbaycanlı güləşçi Rusiyada bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Rusiyada bürünc medal qazanıb Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edib
Fərdi
27 Yanvar , 2017 18:05
Azərbaycanlı güləşçi Rusiyada bürünc medal qazanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) brünc medal qazanıb.

İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan Azərbaycan təmsilçisi rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monqolustanlı Tsetsegbayar Byambadorju məğlub edən güləşçi bürünc medal uğrunda mübarizə aparıb.

Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edib.

Son xəbərlər

Orphus sistemi