​Azərbaycan gimnastları Rumıniyada 9 medal qazanıb

​Azərbaycan gimnastları Rumıniyada 9 medal qazanıb Marina Durunda lentlə hərəkətlərə görə bürünc medal qazanıb
Fərdi
6 Aprel , 2015 14:11
​Azərbaycan gimnastları Rumıniyada 9 medal qazanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb. "Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan yığma komandasının lideri Marina Durunda dörd finalın hamısına yüksəlsə də, yalnız lentlə hərəkətlərdə bürünc medal qazanıb.

Top və halqa ilə icra olunmuş hərəkətlər azərbaycanlı gimnastı 4-cü, ümumi 4 çıxışının nəticələrinə əsasən isə 5-ci edib. Gülsüm Şəfizadə gürzlər və lentlə hərəkətlərdə finala çıxsa da, medal qazanmağın bir neçə addımlığında dayanıb.

Buxarestdə Dünya Kuboku ilə eyni vaxtda keçirilmiş beynəlxalq turnirdə isə iki gimnast - Ayşən Bayramova və Jalə Piriyeva fərqlənib.

Bayramova böyüklər arasında yüksək nəticə göstərərək, çoxnövçülükdə 3-cü olub. O, halqa və gürzlərlə icra olunmuş hərəkətlərə görə iki gümüş medal qazanıb. Jalə Piriyeva dörd hərəkətin yekunlarına əsasən yeniyetmələr arasında 2-ci olaraq, halqa ilə finalda ən yaxşı nəticəni göstərib. Bundan əlavə, onun hesabında iki gümüş (top və iplə) və bir bürünc medal (gürzlər ilə) olub.

Son xəbərlər

Orphus sistemi