Azərbaycan gimnastı: "Təlim-məşq toplantıları ağır keçsə də, bürünc medallar qazandıq"

Azərbaycan gimnastı: "Təlim-məşq toplantıları ağır keçsə də, bürünc medallar qazandıq" Təlim-məşq toplantılarımız çox ağır keçmişdi. Lakin buna baxmayaraq, Avropa çempionatında 2 bürünc qazandıq.
Fərdi
5 Noyabr , 2019 08:34
Azərbaycan gimnastı: Təlim-məşq toplantıları ağır keçsə də, bürünc medallar qazandıq

"Təlim-məşq toplantılarımız çox ağır keçmişdi. Lakin buna baxmayaraq, Avropa çempionatında 2 bürünc qazandıq".

Bunu "Report"a açıqlamasında İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 29-cu Avropa Çempionatında böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi deyib. 

Onun sözlərinə görə, yarış çox həyəcanlı və gərgin olub: "Temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görüldük. Çempionatın ikinci günü balans hərəkətlərinə görə 3-cü yerə çıxdıq. Bizim üçün böyük uğurdur. Amma bu hələ son deyil. Çünki qarşıda bizi dünya kuboku turnirləri və dünya çempionatı gözləyir. Bu yarışlara daha əzm və iradə ilə hazırlaşıb medallarımızı qızıla çevirməliyik".

Son xəbərlər

Orphus sistemi