Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub

Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.
Fərdi
28 Mart , 2019 17:01
Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub

Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib. 

"Report"un məlumatına görə, seminarda Azərbaycanı təmsil edən Rafael Şahverdiyevə Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro Beynəlxalq Cüdo Təhsili Proqramının diplomunu verib.

R.Şahverdiyev mötəbər tədbirdə iştirak etdiyi üçün federasiyaya təşəkkürünü bildirib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.

Qeyd edək ki, seminara dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər qatılıblar. Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər. 

Son xəbərlər

Orphus sistemi