Yuxarı

​Azərbaycanlı boksçu lisenziya üçün döyüşəcək

Məhəmmədrəsul Məcidov Mərakeş boksçusunu məğlub edib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan boksçusu, 2 qat dunya və Avropa çempionu Məhəmmədrəsul Məcidov AIBA Pro Boxing turnirində növbəti görüşünü keçirib. "Report"un məlumatına görə, milli komandanın üzvü Mərakeşdə yerli döyüşçü Məhəmməd Arjao ilə qarşılaşıb.

8 raundluq döyüşdən sonra hakimlər M.Məcidoun qələbəsini qeydə alıblar - 2:0 (78:74, 78:73, 76:76). O, növbəti döyüşünü rusiyali Maqomed Omarovu məğlub edən Rumıniya idmançısı Mixay Nistora qarşı keçirəcək. M.Məcidov bu döyüşdə də qələbə qazanarsa, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Digər bir Azərbaycan döyüşçüsü Cavid Çələbiyev isə iyunun 7-de Çində argentinalı Albero Melianla üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi