Avropa çempionumuzun iti oğurlandı

Avropa çempionumuzun iti oğurlandı "Tapana və ya iti gətirənə mükafat veriləcək"
Fərdi
18 May , 2021 13:17
Avropa çempionumuzun iti oğurlandı
Nazim Babayev

Azərbaycanın üç təkanla tullanma üzrə Avropa çempionu Nazim Babayevin iti oğurlanıb.

"Report"un məlumatına görə, 24 yaşlı idmançı bu barədə instaqram paylaşımında bildirib.

Tanışlardan postu paylaşmasını xahiş edən Babayev itin Pirşağıda gecə saatlarında oğurlandığını vurğulayıb: "Tapana və ya iti gətirənə mükafat veriləcək".

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Avropa çempionu olub. Atlet Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Son xəbərlər

Orphus sistemi