Azərbaycanlı atletlərdə dopinq aşkarlanan idman növləri açıqlanıb

Azərbaycanlı atletlərdə dopinq aşkarlanan idman növləri açıqlanıb İl ərzində qadağan olunmuş maddənin istifadəsi halları 1 dəfə baş verib
Fərdi
27 Dekabr , 2017 13:00
Azərbaycanlı atletlərdə dopinq aşkarlanan idman növləri açıqlanıb
Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli / Report/ Firi Salim

Bakı. 27 dekabr. REPORT.AZ/ 2017-ci ildə velosiped və bodibildinq üzrə hərəyə 3, həndbol və atletika üzrə hərəyə 2, ağırlıqqaldırma üzrə 1 dopinq-test müsbət nəticə verib. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsbət nəticələrdən əlavə, yoxlamalar zamanı bodibildinqdə şübhəli - atipik nəticə halına rast gəlinib.

Anti-dopinq qaydalarına əsasən, yalnız müsbət nəticə pozuntu deyil. İl ərzində qadağan olunmuş maddənin istifadəsi halları 1 dəfə, dopinq nəzarətindən imtina 2 dəfə, könüllü şəkildə etiraf 1 dəfə, məkan məlumatları pozuntusu halları isə 8 dəfə baş verib.

9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də simulyantlar, 1-də isə narkotiklər aşkarlanıb. Daha 1 idmançıda isə müxtəlif steroid üzə çıxıb.

Son xəbərlər

Orphus sistemi