Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanlı atletlər - Elşən Quliyev və Nərmin Quliyeva Türkiyənin Bodrum şəhərində keçiriləcək “BodRUN” ultramarafonunda iştirak edəcəklər.
“Report”un məlumatına görə, noyabrın 25-də baş tutacaq turnirdə “Baku Marafon Club”un üzvləri fərqli məsafələr üzrə yarışacaqlar. E.Quliyev 102 km, N.Quliyeva isə 50 km məsafəyə qaçışda mübarizə aparacaq.
Qeyd edək ki, “BodRUN” ultramarafonu ikinci dəfə təşkil olunacaq.
