​Azərbaycan idmançısı Avropa çempionatında Ermənistan təmsilçisinə rəqib olub

​Azərbaycan idmançısı Avropa çempionatında Ermənistan təmsilçisinə rəqib olub Boyanka Kostova 8 atletə qarşı mübarizə aparacaq
Fərdi
13 Aprel , 2015 11:50
​Azərbaycan idmançısı Avropa çempionatında Ermənistan təmsilçisinə rəqib olub

Bakı. 13 aprel. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha bir ağırlıqqaldıranı "körpücük" üzərinə çıxacaq. "Report"un məlumatına görə, bu, Avropa çempionu Boyanka Kostovadır.

Qadın idmançı 58 kq çəki dərəcəsində A qrupunda 8 atletə qarşı mübarizə aparacaq. Kostova Polşa, İsveç, Rumıniya, Rusiya, İtaliya atletləri ilə yanaşı, Ermənistan təmsilçisi İzabella Yaylyana rəqib olub. Yarış Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan ağırlıqqaldıranlarından Valentin Xristov (62 kq) Avropa çempionu olub, Elmar Əliyev (56 kq) isə 7-ci yerlə kifayətlənib. 

Son xəbərlər

Orphus sistemi