Yuxarı

​Azərbaycanlı ağırlıqqaldıranda dopinq aşkarlanıb

Sərdar Həsənovun analizi müsbət nəticə verib

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlanıb.

"Report"un məlumatına görə, Sərdar Həsənovun analizi müsbət nəticə verib.

S.Həsənovun orqanizmində istifadəsi qadağan edilmiş dehidroxlormethiltestosteron maddəsinin olduğu müəyyənləşib. 

Beynəlxalq Ağır Ateltika Federasiyası 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində azərbaycanlı idmançının testinin müsbət çıxdığını bildirib.

Cəzalar açıqlanana qədər Azərbaycan idmançısı yarışlardan diskvalifikasiya edilib.

Qeyd edək ki, bundan öncə dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi