Yuxarı
    Bağlamaq

    Azərbaycanlı ağırlıqqaldıran Qazaxıstan yığmasının heyətində dünya çempionu olub

    Nicat Rəhimov şimali koreyalı rəqibini öz çəkisinin az olması üzündən üstələyib

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan milli komandasının heyətində dünya çempionu olub. "Report"un məlumatına görə, 22 yaşlı idmançı bu nailiyyətə ABŞ-ın Hyuston şəhərindəki mundialda imza atıb.

    77 kq çəki dərəcəsində yer alan Rəhimov birdən 165 kq, təkanla 201 kq ağırlığın öhdəsindən gələrək, iki hərəkətin cəmində 372 kq nəticə göstərib. KXDR təmsilçisi Kvanq Sonq Kimin də toplam nəticəsi eyni olub. Amma Qazaxıstan millisinin üzvü öz çəkisinin (75,88 kq) şimali koreyalıdan (76,76 kq) az olması üzündən qızıl medala sahib çıxıb.

    Bu çəkidə Azərbaycanı təmsil edən Elxan Əliqulizadə 357 kq (154+203) 6-cı, Əfqan Bayramov 324 kq (140+184) 29-cu yeri tutub.

    Qeyd edək ki, Hyustondakı dünya çempionatının əvvəlki yarış günlərində Boyanka Kostova (58 kq) qızıl, Valentin Xristov (62 kq) bürünc medala sahib olub. Onların hər ikisi əslən bolqarıstanlıdır. Firudin Quliyev (69 kq) 5-ci, Silviya Angelova (48 kq) 34-cü yerlə kifayətlənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi