Azərbaycanın yeniyetmə güləşçiləri İranda yarışda iştirak edəcəklər

Azərbaycanın yeniyetmə güləşçiləri İranda yarışda iştirak edəcəklər Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri İranın Məşhəd şəhərində noyabrın 1-də start götürəcək yeniyetmələr arasında “Seyid Cəfər Musəvi Kuboku”nda iştirak edəcəklər.
Fərdi
30 Oktyabr , 2018 19:45
Azərbaycanın yeniyetmə güləşçiləri İranda yarışda iştirak edəcəklər

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri İranın Məşhəd şəhərində noyabrın 1-də start götürəcək yeniyetmələr arasında “Seyid Cəfər Musəvi Kuboku”nda iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında qonşu ölkədə Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.

Ölkəmizi hakim qismində Kamran Əliyev təmsil edəcək.

Qeyd edək ki, yarış iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi