Azərbaycanın yeniyetmə cüdoçularına yeni idman geyimləri təqdim olunub

Azərbaycanın yeniyetmə cüdoçularına yeni idman geyimləri təqdim olunub Azərbaycan Cüdo Federasiyasında yeniyetmələr arasında Avropa birinciliyi birinciliyində iştirak edəcək milli komandanın üzvləri ilə görüş keçirilib.
Fərdi
11 Avqust , 2021 17:22
Azərbaycanın yeniyetmə cüdoçularına yeni idman geyimləri təqdim olunub

Azərbaycan Cüdo Federasiyasında yeniyetmələr arasında Avropa birinciliyi birinciliyində iştirak edəcək milli komandanın üzvləri ilə görüş keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, tədbirdə qurumun baş katibi Elmar Babanlı koronavirus pandemiyası başladığı dövrdən indiyədək müəyyən çətinliklərə baxmayaraq, keçirilən məşqlərdən, cüdoçuların müxtəlif yarışlarda daim iştirak etməsindən, qazanılan uğurlardan söhbət açıb və həmin yarışlardan qarşılıqlı təhlillər aparılıb.

O, həmçinin milli üzvlərinin nüfuzlu yarışa hazırlıq məqsədi ilə keçdiyi təlim-məşq toplanışlarından və federasiyanın daim göstərdiyi qayğıdan bəhs edib. Baş katib sonda Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi adından idmançılara qarşıdan gələn yarışlarda uğurlar diləyib.

Görüş zamanı milli komandanın yeni məşq və idman geyim dəstləri cüdoçulara nümayiş etdirilib. Sonra məşqçi, idmançı və texniki heyətə yeni idman geyimləri təqdim olunub.

Məşqçilər və idmançılar yeniyetmələri daim diqqət mərkəzində saxladığına və göstərdiyi qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, avqustun 17-dən 19-dək Latviyanın paytaxtı Riqada keçiriləcək yarışda Azərbaycan 10-u oğlan və 4-ü qız olmaqla, 14 idmançı ilə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi