Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar Mayis İbadov fəxri kürsünün birinci pilləsinə yüksəlib, Rövşən İsmayılxanlı isə ikinci olub
Fərdi
17 Oktyabr , 2017 10:40
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan güləşçiləri Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.

“Report” xəbər verir ki, sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) finaladək ardıcıl olaraq, Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə İran idmançısına da qalib gələn Azərbaycan pəhləvanı dünya çempionu olub.

Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. O, həlledici görüşdə Polşa idmançısına məğlub olaraq gümüş medala yiyələnib.

Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi