Yuxarı

Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub

Mübariz Cəfərov 81 kq çəkidə çıxış edib

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxış edən cüdoçu Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi