Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub Arif Qasımov isə 5-ci yerlə kifayətlənib
Fərdi
19 Noyabr , 2016 10:31
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb. "Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə 1/4 final mərhələsindən başlayıb.

O, əvvəlcə çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda finlandiyalı Yukka Laytinen cərimə xallarının çoxluğu üzündən məğlub edilib. Həlledici qarşılaşmada isə Rəcəbli rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyəyə ipponla üstələyərək, dünya çempionu olub.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kq çəki dərəcəsində 5-ci yerlə kifayətlənib. 

Son xəbərlər

Orphus sistemi