Yuxarı
    Bağlamaq

    Azərbaycanın veteran cüdoçulardan ibarət yığması dünya çempionatında daha bir medal qazanıb

    Bu dəfə Zaur Bağırov gümüş medala sahib olub

    Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərində keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisi 5-ci medalını qazanıb. "Report"un məlumatına görə, M-2 kateqoriyası üzrə 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Zaur Bağırov gümüş medala sahib olub.

    ABŞ təmsilçisi Dahs Bleyn və Braziliya idmançısı Rikardo Almeydaya qalib gələn veteran cüdoçu həlledici görüşdə əlcəzairli Həsən Azzuna uduzaraq, dünya çempionatında 2-ci yeri tutub.

    Qeyd edək ki, bunadək Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova gümüş, Mübariz Cəfərov isə bürünc medala sahib olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi