Azərbaycanın idman gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirdə medallar qazanıblar.
"Report" xəbər verir ki, üç idmançı fəxri kürsüyə çıxmağa müvəffəq olub.
Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medala layiq görülüblər.