Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Fərdi
- 19 fevral, 2025
- 06:45
Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda yığma üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.
Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə çıxmadığına görə təmsilçimiz mərhələ adlayıb.
Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.
Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də baş tutacaq.
Son xəbərlər
21:03
Gürcüstanlı aparıcı: İndi tamamilə fərqli bir Azərbaycan görürəm
Qarabağ20:53
Floridada təyyarə qəzasında 2 nəfər ölüb
Digər ölkələr20:34
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir
Digər ölkələr20:30
"Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək
Komanda20:21
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi transfer edib
Futbol20:13
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır
Media20:06
Gürcü jurnalist: Qarabağda aparılan bərpa işləri məni valeh edib
Qarabağ19:51
Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir
Digər ölkələr19:40