Azərbaycanın taekvondo yığmalarında baş məşqçi dəyişikliyi olub

Azərbaycanın taekvondo yığmalarında baş məşqçi dəyişikliyi olub Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.
Fərdi
7 Sentyabr , 2021 14:51
Azərbaycanın taekvondo yığmalarında baş məşqçi dəyişikliyi olub

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.

Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21-yaşlı gənc milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.

Son xəbərlər

Orphus sistemi