Azərbaycanın stolüstü tennisçiləri İslamiadanın hazırlığına başlayıb

Azərbaycanın stolüstü tennisçiləri İslamiadanın hazırlığına başlayıb Stolüstü tennis üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb.
Fərdi
26 Aprel , 2022 12:45
Azərbaycanın stolüstü tennisçiləri İslamiadanın hazırlığına başlayıb

Stolüstü tennis üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının hazırlığına start verib.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, komanda üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar.

Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək.

Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq.

V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda olacaq.

Son xəbərlər

Orphus sistemi