Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turniri 9 medalla başa vurublar

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turniri 9 medalla başa vurublar Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirini 9 medalla başa vurublar.
Fərdi
28 Oktyabr , 2024 11:01
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turniri 9 medalla başa vurublar

Azərbaycan stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirini 9 medalla başa vurublar.

"Report" Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günlərində komanda 7 medal qazanıb.

Şəbnəm Mansurova U-15 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli isə üçuncü yeri tutub.

U-19 yaş kateqoriyasında da gücünü sınayan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçüncü olublar.

Qeyd edək ki, yarışın ilk günündə O.Quluzadə ilə Y.Məmmədli U-13 yaş qrupunda baş mükafata yiyələnib. Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurublar.

Son xəbərlər

Orphus sistemi