Azərbaycanın stolüstü tennis yığması qrup lideri olub

Azərbaycanın stolüstü tennis yığması qrup lideri olub Son olaraq Latviya məğlub edilib
Fərdi
2 Mart , 2016 18:09
Azərbaycanın stolüstü tennis yığması qrup lideri olub

Bakı. 2 mart. REPORT.AZ/ Malayziyanın paytaxtı Kuala-Lumpurda stolüstü tennis üzrə dünya çempionatı keçirilir. "Report"un məlumatına görə, Azərbaycanın qadınlardan ibarət yığması yarımqrup mərhələsində son görüşünü Latviya komandası ilə keçirib.

3:1 hesabı ilə qalib gələn millimiz ilk dəfə öz divizionunda qrup lideri olub. Daha öncə Argentina, Qazaxıstan, Qvatemala və Monqolustan komandaları da məğlub edilib. 

Qeyd edək ki, dünya çempionatı martın 6-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi