​Azərbaycanın sərbəst güləşçisi Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb - VİDEO

​Azərbaycanın sərbəst güləşçisi Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb - VİDEO Azərbaycanın sərbəst güləş yığması Rio-de-Janeyroda tam heyətlə təmsil olunacaq
Fərdi
24 Aprel , 2016 09:59
​Azərbaycanın sərbəst güləşçisi Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb - VİDEO

Bakı. 24 aprel. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləş yığması tam heyətlə təmsil olunacaq.

"Report"un məlumatına görə, yığma üçün sonuncu lisenziyaya Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən I Dünya Təsnifat Turnirində Mircəlal Həsənzadə yiyələnib.

57 kq çəki dərəcəsində çıxış edən Həsənzadə finaladək irəliləməyi bacarıb. 1/8 final mərhələsindən mübarizəyə başlayan güləşçi əvvəlcə qvatemalalı Etan Tomapanı 55 saniyəyə, ardından moldovalı Aleksandru Çirtoakanı tam üstünlüklə (10:0) yenib. Yarımfinalda hindistanlı Sandip Tomarla görüş 8:8 hesablı heç-heçə ilə nəticələnsə də,xalların keyfiyyəti və son xalı qazandığına görə qələbə Həsənzadəyə verilib.

Reqlamentə əsasən, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. Bu isə final görüşündəki nəticədən asılı olmayaraq, Həsənzadənin "Rio-2016"ya lisenziya qazandığı anlamına gəlir.

Qeyd edək ki, bu, Azərbaycanın 44-cü, güləş növlərində isə 13-cü vəsiqədir. Sərbəst güləş üzrə bütün 6 çəkidə olimpiadaya vəsiqə qazanılıbsa, yunan-Roma güləşində 4, qadın güləşində isə 3 vəsiqə əldə olunub.

Son xəbərlər

Orphus sistemi