Azərbaycanın tanınmış güləşçisi narkotikə görə saxlanılıb
Fərdi
- 29 yanvar, 2022
- 13:30
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərdən birinin güləşçi olduğu müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, bu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovdur.
25 yaşlı sərbəst güləşçi rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.
Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Son xəbərlər
02:00
İspaniyada piyada körpüsü uçub, ölənlər var
Digər ölkələr01:42
ABŞ-nin Dubaydakı Konsulluğu yaxınlığında baş verən yanğın lokallaşdırılıb
Digər ölkələr01:26
Rubio İrana qarşı zərbələrin intensivləşəcəyini açıqlayıb
Digər ölkələr01:11
ABŞ və Almaniya arasında iri ticarət sövdələşmələri müzakirə edilib
Digər ölkələr00:50
Makron: "Şarl de Qoll" aviadaşıyıcısı Yaxın Şərqə istiqamətlənib
Digər ölkələr00:40
KİV: İranın Qum şəhərinə endirilən zərbələr nəticəsində altı nəfər həlak olub
Region00:33
Türkiyə ilə Kanada nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
Digər ölkələr00:06
SEPAH: ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini ölüb
Region23:54