Azərbaycanın 8 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının beşinci günündə mübarizə aparacaq.
"Report" xəbər verir ki, bu gün həmçinin qadınlar arasında bəzi çəkilərdə mükafatçılar müəyyənləşəcək.
Sərbəst güləşçilərdən Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Əli Tsokayev (79 kq) və Rəvan Musayev (97 kq) mübarizəyə ilkin mərhələdən başlayacaq.
Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) final görüşünə çıxacaq. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, əvvəlki dörd gündə Azərbaycan millisinin üzvləri 9 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97) və Ruzanna Məmmədova (59 kq) bürünc medala yiyələnib.