Azərbaycanın sərbəst güləş yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın sərbəst güləş yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb Firdovsi Umudov Kaspiyskə 10 pəhləvan aparacaq
Fərdi
27 Aprel , 2018 10:12
Azərbaycanın sərbəst güləş yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

“Report” xəbər verir ki, qonşu ölkəyə Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtuzalı Müslimov (70 kq), Coşqun Əzimov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurmaqomed Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yollanacaq.

Eyni zamanda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olan baş məşqçi Firdovsi Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.

Qeyd edək ki, sərbəst güləşçilərin mübarizəsi 4 - 6 mayda keçiriləcək. Hazırda Olimpiya Güləş Mərkəzində İtaliya millisi də Azərbaycan yığması ilə birgə toplanışdadır. 

Son xəbərlər

Orphus sistemi