Azərbaycanın şahmat komandası dünya çempionatında növbəti xalını qazanıb

Azərbaycanın şahmat komandası dünya çempionatında növbəti xalını qazanıb Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında VII turun oyununu keçirib.
Fərdi
12 Mart , 2019 18:00
Azərbaycanın şahmat komandası dünya çempionatında növbəti xalını qazanıb

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında VII turun oyununu keçirib.

"Report" xəbər verir ki, rəqib Hindistan yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib.

Komandanın heyətində bütün şahmatçılar görüşlərini heç-heçə ilə başa vurub.

Dünya çempionatı, VII tur

Azərbaycan - Hindistan - 2:2 

Arkadi Naydiç - Başkaran Adiban - 0,5:0,5

Qədir Hüseynov - Krişnan Saşikiran - 0,5:0,5

Eltac Səfərli - Surya Qanquli - 0,5:0,5

Nicat Abbasov - Panayappan Seturaman - 0,5:0,5 

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan komandası 5-ci, Hindistan isə 10-cu xalını qazanıb. 

Son xəbərlər

Orphus sistemi