Azərbaycanın Qış Paralimpiya Oyunları üçün 4 illik strateji fəaliyyət planı müzakirə olunub

Azərbaycanın Qış Paralimpiya Oyunları üçün 4 illik strateji fəaliyyət planı müzakirə olunub Bakı. 22 mart. REPORT.AZ/ Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov Andorradan dəvət olunmuş “PlayTrain” şirkətinin beynəlxalq layihələr üzrə meneceri Mariona Masdemont və “Pas Grau İnternational” şirkətinin vitse-prezidenti Antoni Krespo Traveset ilə görüşüb.
Fərdi
22 Mart , 2018 10:37
Azərbaycanın Qış Paralimpiya Oyunları üçün 4 illik strateji fəaliyyət planı müzakirə olunub

Bakı. 22 mart. REPORT.AZ/ Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov Andorradan dəvət olunmuş “Play&Train” şirkətinin beynəlxalq layihələr üzrə meneceri Mariona Masdemont və “Pas Grau İnternational” şirkətinin vitse-prezidenti Antoni Krespo Traveset ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycanda qış paralimpiya hərəkatının gələcək prespektivləri və “Pekin 2022” Qış Paralimpiya Oyunlarında iştirak etmək məqsədi ilə 4 illik strateji fəaliyyət planı müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan indiyə qədər Qış Paralimpiya Oyunlarında iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi