Azərbaycanın qadın şahmatçıları FIDE reytinqində irəliləyib

Azərbaycanın qadın şahmatçıları FIDE reytinqində irəliləyib Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Fərdi
1 Dekabr , 2019 23:06
Azərbaycanın qadın şahmatçıları FIDE reytinqində irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, kişilərin reytinqində Azərbaycan şahmatçılarından 5-i "100-lüy"ə düşüb.

Daha 2 pillə geriləyən Şəhriyar Məmmədyarov 2772 xalla 7-ci, 1 pillə geriləyən Teymur Rəcəbov isə 2765 xalla 10-cudur.

Qədir Hüseynov isə 6 pillə irəliləyib və 2666 xalla 77-cidir. 11 pillə irəliləyən Nicat Abbasov 2663 xalla 82 yerdə qərarlaşıb. Yenidən "100-lüy"ə daxil olan Rauf Məmmədov isə 2659 xalla 89-cudur.

Qadınlardan isə 3 şahmatçı "100-lük"də yer alıb. Günay Məmmədzadə 2455 xalla 27-ci, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyərək, 2387 xalla 76-cı, Gülnar Məmmədova 19 pillə irəliləyərək, 2386 xalla 78-ci pillədə qərarlaşıb. Bu, Azərbaycanın qadınlardan ibarət komandasının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında bürünc medal qazanması ilə əlaqədar olub.

Əvəzində Xanım Balacayevə "100-lüy"ü tərk edib.  

Son xəbərlər

Orphus sistemi