Azərbaycanın qadın güləşi üzrə yığmasının Avropa çempionatı üçün heyəti müəyyənləşib

Azərbaycanın qadın güləşi üzrə yığmasının Avropa çempionatı üçün heyəti müəyyənləşib Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün qadın güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.
Fərdi
27 Aprel , 2018 10:39
Azərbaycanın qadın güləşi üzrə yığmasının Avropa çempionatı üçün heyəti müəyyənləşib

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün qadın güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq) çıxış edəcəklər. Qonşu ölkəyə məşqçi qismində Rövşən Umudovla Andrey Stadnik də yollanacaq.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi 2 - 4 mayda olacaq. 

Son xəbərlər

Orphus sistemi