Yuxarı
    Bağlamaq

    Azərbaycanın qadın güləşçisi yeni reytinq siyahısında birinci pilləyə yüksəlib

    Siyahıda ölkənin 6 pəhləvanı yer alıb

    Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın 6 qadın güləşçisi Dünya Güləş Birliyinin açıqladığı yeni reytinq siyahısında yer alıb. "Report"un məlumatına görə, siyahı 2016-cı ilin fevralında keçirilmiş yarışların nəticələri əsasında tərtib olunub. 

    Latviyanın paytaxtı Riqada baş tutacaq Avropa çempionatı öncəsi ən yüksək nəticə Mariya Stadnikə məxsusdur. Stadnik ötən ay Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş beynəlxalq turnirdə qalib gələrək reytinq siyahısında yenidən birinciliyə yüksəlib. Həmin yarışdakı nəticə Anjela Doroqanın bir pillə yüksəlməsi, Yuliya Ratkeviçin isə mövqeyini qoruması ilə nəticələnib. Onluğa daxil olan daha 2 güləşçi isə Nataliya Sinişin və İrina Netreba olub. 

    48 kq
    1. Mariya Stadnik - Kiyev turniri 1-ci yer (2)

    53 kq
    5. Anjela Doroqan - Kiyev turniri 2-ci yer (6)

    55 kq
    9. Nataliya Sinişin - Kiyev turniri 1-ci yer (7)
    18. Alyona Kolesnik - Qızıl Qran Pri 5-ci yer (12)

    58 kq
    6. Yuliya Ratkeviç - Kiyev turniri 3-cü yer (6)

    60 kq
    8. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

    Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi