Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Fərdi
  • 02 iyun, 2023
  • 14:44
Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən reytinq turnirində bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Əliyeva türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.

Rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub.

62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti