Azərbaycanın qadın güləşçisi 5 qat Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi 5 qat Avropa çempionu olub Mariya Stadnik (48 kq) Avropa çempionu olub
Fərdi
8 Mart , 2016 22:37
Azərbaycanın qadın güləşçisi 5 qat Avropa çempionu olub

Bakı. 8 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. "Report-un məlumatına görə, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.

Azərbaycanın 2 güləşçisi - qadın güləşi üzrə yığmanın kapitanı Mariya Stadnik (48 kq) ilə Aleksandr Qostiyev (86 kq) finala çıxıblar. Standik finala gedən yolda Oleksandra Kogutu (Ukrayna), Valentina İslamovanı (Rusiya) və Elitsa Yankovanı (Bolqarıstan) tam üstünlüklə məğlub edib. Həlledici görüşdə onun rəqibi Rumıniya təmsilçisi Emilia Vuk olub. Stadnik bu dəfə də tam üstünlüklə qalib gəlib. O, rəqibini 1 dəqiqə 12 saniyəyə məğlub edib. Bununla da28 yaşlı güləşçi 5-ci dəfə (2008, 2009, 2011, 2014, 2016) Avropa çempionu olub. 

Onun aktivində "Bakı 2015" I Avropa Oyunlarının qızıl medalı və 2009-cu ilin dünya çempionluğu da var.

Son xəbərlər

Orphus sistemi