Azərbaycanın qadın güləşçiləri Polşada 1 qızıl, 2 bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçiləri Polşada 1 qızıl, 2 bürünc medal qazanıb Mariya Stadnik bütün rəqiblərindən üstün olub
Fərdi
20 İyun , 2016 11:30
Azərbaycanın qadın güləşçiləri Polşada 1 qızıl, 2 bürünc medal qazanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Polşanın Spala şəhərində qadın güləşi üzrə "Poland Open" XX beynəlxalq turnir keçirilib. "Report"un məlumatına görə, baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Azərbaycanı Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) təmsil edib. 

Yığma üzvləri turniri 1 qızıl və 2 bürünc medalla başa vurub. 

48 kq çəkidə mübarizə aparan komandanın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələnib. 

Bürünc medalları isə Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazanıb. Nataliya Sinişin həlledici görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub.

Son xəbərlər

Orphus sistemi