Yuxarı
    Bağlamaq

    Azərbaycanın qadın güləşçiləri ABŞ-a məğlub olub

    4 güləşçi qələbə qazanıb, 4-ü isə məğlub olub

    Bakı. 7 mart. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşi üzrə keçirilən Dünya Kuboku yarışlarında Azərbaycan yığması ilk görüşünə çıxıb. 

    "Report"un məlumatına görə, qadın pəhləvanlardan ibarət yığma komanda ilk olaraq ABŞ güləşçiləri ilə qüvvəsini sınayıb.

    8 çəki dərəcəsində gedən mübarizədə ilk olaraq döşək üzərinə Mariya Stadnik çıxıb. Azərbaycanlı idmançı Alisa Lampe ilə güləşdə rəqibini məğlub etməyi bacarıb - 0:8. Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:

    ABŞ - Azərbaycan - 4*:4

    48 kq - Alisa Lampe - Mariya Stadnik - 0:8

    53 kq - Mary Fulp Allen - Anjela Doroqan - 1:7

    55 kq - Helen Maroulis - Nataliya Sinişin - 11:0

    58 kq - Alisson Ragan - İrina Netreba - 1:6

    60 kq - Rene Campbell - Yuliya Ratkeviç - 0:10

    63 kq - Elizabet Clodgo - Raqnetta Qurbanzadə - 7:2

    69 kq - Randi Miller - Nadya Muşka - 7:0

    75 kq - Adelin Grey - Gözəl Zutova - 15:4

    Ümumi hesabda bərabərlik qeydə alındığından qalib görüşlərdəki xallara əsasən təyin edilib və üstünlük ABŞ-a verilib.

    B qrupunda keçirilən görüşlərdə Ukrayna Rusiyanı (4:4*), Monqolustan isə İsveçi məğlub edib - 6:2.

    Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparır. B qrupunda isə Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi