Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib

Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.
Fərdi
20 Sentyabr , 2019 14:39
Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda hindistanlı Devi Şuşilanı üstələyib. O, qızıl medal uğrunda görüşdə rusiyalı Sabina Giliazova ilə qarşılaşacaq.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər. 

Son xəbərlər

Orphus sistemi