Azərbaycanın paralimpiya çempionu İslam Həmrəyliyi Oyunlarında fiziki qüsursuz idmançılarla yarışacaq

Azərbaycanın paralimpiya çempionu İslam Həmrəyliyi Oyunlarında fiziki qüsursuz idmançılarla yarışacaq Natali Pronina: "Bu yarış ölkəmiz üçün nə qədər önəmlidirsə, mənim üçün isə ikiqat əhəmiyyət kəsb edir"
Fərdi
8 Fevral , 2016 17:42
Azərbaycanın paralimpiya çempionu İslam Həmrəyliyi Oyunlarında fiziki qüsursuz idmançılarla yarışacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycanın üzgüçülük üzrə paralimpiya çempionu Natali Pronina 2017-ci ildə Bakıda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına olimpiyaçı kimi qatılacaq. Bu barədə "Report"a 29 yaşlı idmançının özü açıqlama verib.

Onun sözlərinə görə, səbəb İslamiada proqramında paralimpiyaçı üzgüçülərin yarışının yer almamasıdır: "2012-ci il London Yay Paralimpiya Oyunlarından sonra ərə getdim. Ailəmiz böyüdü. Bu il Rio-de-Janeyro paralimpiadasına qatılmayacağam. Gələn il keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlaşıram. Bu yarış ölkəmiz üçün nə qədər önəmlidirsə, mənim üçünsə ikiqat əhəmiyyət kəsb edir. Çünki Vətənimdə çıxış edəcəyəm və doğma publika qarşısında uğurlu nəticə göstərməliyəm. İslam Həmrəyliyi Oyunlarının proqramında paralimpiyaçı üzgüçülərin yarışı olmadığından, qüsursuz idmançıların yarışına qatılacağam".

Proninanın fikrincə, əvvəllər üzgüçülük növlərindəki zəif nəticələrə Azərbaycanda lazımi şəraitin yoxluğu səbəb olub: "Bakı Su İdman Sarayı istifadəyə veriləndən sonra üzgüçülük növlərində də çoxlu medal qazanacağıq".

Qeyd edək ki, Nataliya Pronina 2012-ci il London Yay Paralimpiya Oyunlarında gözdən əlil idmançı kimi iştirak edib. O, 100 metr məsafəyə brass üsulu ilə üzmədə qızıl, eyni məsafəyə sərbəst üsulla və çiyni üstə, 50 metr məsafəyə sərbəst üsulla və 200 metr məsafəyə kompleks üsulla üzmədə gümüş medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi