Azərbaycanın paracüdoçuları Avropa çempionatında yeddi medal qazanıblar

Azərbaycanın paracüdoçuları Avropa çempionatında yeddi medal qazanıblar İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl medala yiyələniblər
Fərdi
7 Avqust , 2017 17:39
Azərbaycanın paracüdoçuları Avropa çempionatında yeddi medal qazanıblar

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanın paracüdoçuları İngiltərənin Uolsoll şəhərində keçirilən Avropa çempionatında 7 medal qazanıblar.

“Report”un məlumatına görə, İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl medala yiyələniblər. Bayram Mustafayev gümüş, Ramil Qasımovla Hüseyn Rəhimli isə “bürünc”ə sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları da komanda yarışlarında fəxri kürsünün birinci pilləsinə yüksəliblər. 

Son xəbərlər

Orphus sistemi